
Son zamanlarda sosial şəbəkələrdə dostlarımızın müxtəlif süni zəka (AI) proqramlarından istifadə etməklə öz avatarlarını yaratdıqlarını görürük. Həmçinin OpenAI şirkəti tərəfindən yaradılan ChatGPT botu barədə də çox müzakirələr gedir. Bot artıq 5 gün ərzində 1 milyondan çox istifadəçiyə çatıb. Hal-hazırda bizim ölkə də daxil olmaqla bəzi ölkələrdən daxil olmaq olmur, ancaq VPN’nin canı sağ olsun :) Ən aşağıya ChatGPT’də test edilən bəzi nümunələr1 yerləşdirmişəm, əntiqədir!
Nə isə, keçək əsas məsələyə. Bu məqalədə son zamanlar qarşıma çıxan faydalı olduğunu düşündüyüm AI sayəsində hazırlanan bir neçə tətbiq toplamışam.
Mətn hazırlamaq, yazı-pozu işləri heç də hamı üçün asan deyil. Bəzilərimiz adi e-mailə cavab yazanda, ad günü təbrikində və s. xırda məsələrdə belə az fikirləşmir. Digər cəhətdən professional sahələrdə bloq, sosial media kontenti, iş elanı və s. hazırlamağa çox vaxt ayırırıq. Bunun üçün aşağıdakı alətlərdən istifadə etməklə vaxtımıza xeyli qənaət etmiş olarıq.
💌 Ellie & 👌🏻 Merlin
Yazı stilinizi öyrənir və ona uyğun (sizdən də yaxşı 😄) cavab yazır. Merlin isə daha funksionaldır, Twitter’də rəy bildirir, uzun mətnin xülasəsin çıxardır və s.
🫶🏻 CopyAI & 📝 Notion
Xüsusilə HR, reklam, marketinq sahələrində çalışanların əlindən tutacaq alətlərdir.
CopyAI 2 ildən çoxdur var. Facebook’da ilk istifadəçilər üçün qrup yaratmışdılar, qoşulub, istifadə edib bəyənmişdim. Notion çoxlarımıza tanışdır, mənim də əsas qeydlərimi yazdığım tətbiqdir. AI funksiyaları isə yoldadır, gözləyək.

📖 Bedtime
İstifadə etmək çox əyləncəlidir. 2-3 cümlə daxil etməklə sizə məxsus hekayələr, hətta hekayəyə uyğun illustrasiyalar da yaradır. Valideynlər də öz körpələrinin şəkillərin yerləşdirməklə hekayənin baş qəhrəmanına çevirə bilərlər.
Aşağıdakı tvitin rəylərində buna bənzər başqa app’lərlə tanış ola bilərsiz.



Bir neçə gün əvvəl dizayner olan Reshi bu cür alətlər sayəsində fürsətdən istifadə edib “Alice and Sparkle” adlı hekayə hazırlayıb, Amazonda satışa çıxarıb. Bu davranışı qınayaraq etik olmadığını bildirən yoldaşlar da olub.
🤯 Runway
Uzun yazmayım, çox funksional alətdir, videolara baxsaz daha az vaxtınızı almış olaram. Bir-iki funksiyasın yoxlamaq istədim, düzü, nəticələr mənimçün göründüyü kimi sürətli və arzuolunan olmadı. 2018-ci ildən var olan şirkətdir, lakin qurucusunun dediyinə görə bu funksiyaları 34 nəfərlə 30 gün ərzində ediblər. Təzəlikdə $50 milyon investisiya alıblar, inanıram ki, çox qısa zamanda məhsulu daha da uğurlu formaya gətirəcəklər.
✨ Tome
Hər kəsin sürətlə gözoxşayan təqdimatlar hazırlaya bilməsi üçün maraqlı tətbiqdir. PowerPoint’in də halvası çalınır deyəsən…😥

Keçək UI/UX dizayna…
Bu sahədə də təftiş var ki, bəs artıq süni zəka dizaynerləri əvəz edəcək. Twit’də👇 gördüklərimiz böyük ehtimal Pinterest və Dribbble’dən yüklənmə şəkillər sayəsində törənib. İstənilən dizaynın istifadəyə yararlılığını bilmək üçün yenə də dizaynerlərin araşdırması, analizi, təsdiqi lazım olacaq.


🪄 Magician
Figma işlədən dizaynerlərə ikon və mətn hazırlayaraq vaxtlarına qənaət etmiş olur. Təəssüf ki, hələki istifadəyə açıq deyil, qiymətləndirə bilmirəm. Aşağıdakı paylaşımdan görsənir necə maraqlı olduğu. İkon satanların işini də yüngülləşdirər 😄
❤️🔥 DALL-E
Məqalənin şəklinin hazırlanmasında həqiqətən rolu böyükdür :) Kifayətlənməyib möhtəşəm 3D ikonlar hazırlayaraq əlavə xəcalət verməkdə davam edir 🙏🏼




Nəhayət
Görünür, süni intellekt daha da təkmilləşdikcə həyatımızın hər bir sahəsində işlərin görülmə üsulu dəyişəcək. Düzgün istifadə ilə daha yaradıcı və səmərəli ola, sürətlə innovativ tətbiqlər hazırlaya bilərik.
2023 çox fərqli olacaq. Bədbin proqnozlara qulaq asıb narahat olmağa dəyməz. Əsas vacib məsələ 👇🏻

Qarşıdan gələn yeni ilin hər birimiz üçün xeyirli, bərəkətli olmasını diləyirəm 🤲🏻
İnkişafda qalın.
— Nihad